Xəzər Xəbər

Bu gündən İŞ BAŞLAYIR İcazə verildi

Cəmiyyət | 10:27 • 15 Dekabr 2017
Bu gündən İŞ BAŞLAYIR

Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün 5 cütlük müraciət edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda həmin müraciətlərə baxılır: "Müraciətlər araşdırılır. Onların fəaliyyətinə bu gündən 15-dən icazə verilir. Ola bilsin ki, yaxın günlərdə müraciətlərin sayı artsın. Daxil olan müraciətlər araşdırılacaq və onlara da müvafiq icazələr veriləcək".

Ə.Bağırov bildirib ki, indiyə qədər müraciət edən şəxslər paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Sifarişlər əsasında evlərə gedən Şaxta baba üçün isə hələlik müraciət edən yoxdur.

Xəbər lenti