Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı açıqlandı

Cəmiyyət | 15:38 • 14 Dekabr 2017
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 360 nəfər və ya 0,7% artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 883 341 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd sakinləridir, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Xəbər lenti