Xəzər Xəbər

Gəl falına baxım – doğulduğunuz aya əsasən qiymətli daşınız və xarakter analizi

Cəmiyyət | 15:05 • 14 Dekabr 2017
Gəl falına baxım

Lap qədim zamanlardan qiymətli daşlardan yalnız bəzək əşyası kimi deyil, həm də qoruyucu, talisman kimi istifafdə olunurdu və bu hər bürcün insanına fərdi qaydada seçilirdi. Daşların enerji yayması haqqında yəqin eşitmisiniz. Düzgün seçilmiş daş həyatda köməyiniz ola bilər. Bəs talismanınızın sizin xarakterinizdən xəbər verdiyini bilirdinizmi? Bizimyol.biz maraqlı məlumatları diqqətinizə çatdırır.

Yanvar ayı- Qranat

Yanvar ayında doğulanlar əla valideyn olurlar.Onlar canlılara mərhəmət duyğusu bəsləyirlər, analitik düşüncə qabiliyyətinə malikdirlər, super vallideyn kateqoriyasına daxildirlər. Bir toxunuşla istənilən xaosu aradan qaldıra bilərlər. Güclü xarakterləri ilə hər kəsin göz yaşını silir, yaralarını sara bilirlər.Bir sözlə hətta bir qrup insana belə vlideynlik edə bilərlər.

Fevral – Ametist

Bu ayda doğulanlar dini düşüncələrə , dərin mənəviyyata bağlı olurlar. Bu ayda doğulanlar bütün dünyaya sülh məramı ilə yaşayan təmiz düşüncəli insanlardırlar. Bəzən onları qəribə adam adlandırırlar, lakin bu onlara mane olmur. Əsas amalları budur -"hamıya hər yerdə hər şey yaxşı olsun”.

Mart-Akvamarin

Bu daş okeanla assosasiya olunur. Martda doğulanlar və akvamarin okean gücünə malikdirlər. Okean kimi ətrafda nə varsa təmizləyə bilirlər. Problemin kökünə çatmağı və həll etməyi bacarırlar. Kommunikasiya bacarıqları yüksək səviyyədədir. Yüksək həssaslığa və intuisiyaya malikdirlər.

Aprel- Brilliant

Brilliant sonsuz məhəbbətin simvoludur. Çünki əsl sevgi də brilliant kimidir- sındırmaq olmur. Apreldə doğulanlar güclü aşiq olmaq qabiliyyəti ilə doğulurlar. İnadkardırlar. Nəyisə istəyəndə buna mütləq nail olurlar. Kimsə onları ruhən sındırmaq istəyəndə demək olar ki, məğlubedilməz olurlar.

May – zümrüd

Zümrüd talismanı altında doğulanlar cəsur və sərt məntiq sahibidirlər. Müdrükdürlər, yeni bilgilər öyrənmək asan başa gəlir, xeyirxahdırlar. Harmonik şəxsiyyət, yaxşı dost, yaxşı ömür yoldaşı və valideyn ola bilərlər.

İyun – mirvari

Mirvaritalismanı ilə doğulanlar adir məxluqlar sayıla bilərlər. Mirvari məsumiyyətin, maqik qabiliyyətlərin sahibidirlər. İyunda doğulan insanlar məsum və ətraf mühitdəkilərlə harmonik həyat sürən insanlardırlar. Bəzən insanlarla dil tapa bilməsələr də heyvanlarla yaxşı yola gedirlər.

İyul- yaqut

Yaqut talismanı ilə doğulanlar parlaq, effektiv və dramatik şəxsiyyət tipidirlər. Özlərinə əmindirlər. Onlara məxsus olanı heç bir vəchlə əldən vermirlər. İnadkardırlar, öz fikirlərində israrçıdırlar.

Avqust- peridot

Avqustda doğulanların yüksək ünsiyyət qabiliyyəti var. İstənilən şəraitdə hətta mağazada , kassada belə inanlarla rahat söhbət edə, dostlaşa bilirlər. Xeyirxahdırlar. Onlar övladlığa uşaq götürür, heyvan bəsləməyi sevirlər. Böyük ailə sahibi olurlar.

Sentyabr- safir

Sakit təbiətlidirlər, ağıllıdırlar, xeyirxahdırlar, hər yaxın insana ürəklərini açmazlar. əsasən rəhbər postlarda olurlar. İnsanları inandıra bilirlər, onlara çox güvənirlər.

Oktyabr – opal

Dünyaya idealist baxışları var, Darıxdırıcı həyat yaşamırlar. Sakitlik onlarda həyata marağı itirir. Macəra axtarışındaıdrlar. İntuisiyaları yüksəkdir, diqqət çəkməyi sevirlər.

Noyabr – sitrin

Ünsiyyət qurmaq üçün xoş insanlardırlar. Onlarla zaman keçirmək gözəldir. Maliyyə məslələrində çox uğurlar qazana bilirlər.Həmişə xoş əhval-ruhiyyədədirlər, ətrafa yüksək eneri saçırlar.

Dekabr- Mavi topaz

Dekabrda doğulanlar konservantlıqları ilə seçilirlər. Gərəkən zaman çox dəyərli məsləhətlər verir və faydalı olurlar.

Xəbər lenti