Qoç- gün qeyri-standart çıxış yolları və qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur.
Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza dəstək
olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq. Maliyyə və
əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli hədiyyə ala
bilərsiniz.
Buğa- günün birinci yarısı dünyada heç nə sizin öz
gücünüzə inamınızı sarsıda bilməz. Çətin işləri görməyə, mürəkkəb
məsələləri həll etməyə çalışın. Bir çox Buğalarınməqsədləri var.
Bunlara çatmaq üçün sizə kömək edə biləcək insanlar da az deyil,
üstəlikyaxınınızdadırlar. Gün yeni ortaqla məhsuldar əməkdaşlıq vəd
edir, ancaq güzəştə getməyə hazır olun: hər şey siz istəyən kimi olmur.
İctimai tədbirlərə, eyni zamanda ziyafətlərə qatıla bilərsiniz.
Əkizlər- rəhbərliklə münaqişədən qaçın: tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq.
Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür. Yaradıcı
peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları olacaq.
Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət məsələləri
yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.
Xərçəng- mövqeyinizi qorumaq üçün qətiyyət
göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər daha
yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər. Ətrafınızda baş
verən hər şeyə diqqət yetirməyiniz vacibdir: istənilən xırdalıq
həlledici rol oynaya bilər.
Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada hər
şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil tapmaq isə
çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla romantik
münasibətləriniz yarana bilər.
Şir- çox yaxşı bir gün keçirəcəksiniz. Əgər onun
daha da məhsuldar olmasını istəyirsinizsə, əvvəlcədən hərəkət planı
qurun və bütün xırdalıqlarına qədər ona əməl edin. Zəifliklərinizə
qapılmağınız ciddi ziyan verməsə də, uğur qazanmaq şansınızı yarıbayarı
azaldacaq. Maliyyə işləri ehtiyat tələb edir, sövdələşmələr bağlamağa
tələsməyin.
Yeni tanışlarınıza xasiyyətinizin parlaq tərəflərini göstərməklə onlarda
xoş təəssürat yarada bilərsiniz. Ekstravaqantlığa can atmayın, yalnız
əsl cəsarətli addımlarınız əla nəticələr qazanmağınıza imkan verəcək.
Qız- həyatınızda dəyişikliklər istəyirsiniz? Nə
durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq
zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların
dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda
olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri
gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı
və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın
adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.
Tərəzi- parlaq, maraqlı gündür. Maraq doğuran təkcə
baş verən hadisələr deyil, sizin onlara münasibətinizdir. Sabit
emosional fon gün ərzində gözəl əhvalı qoruyub saxlamağınıza kömək
edəcək. İntuisiyanız isə kiminlə iş görüb, kimdən kənar gəzməyi sizə
düzgün diktə edəcək.
Kommersiya fəaliyyəti üçün münasib gündür: bağlanılan sövdələr uğurlu
olacaq. Əyləncəli tədbirlərə qatılmaq məsləhətdir. Əgər kinoya
gedəcəksinizsə, ciddi dram əvəzinə komediyaya üstünlük verin.
Əqrəb- çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz
mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş
insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin
adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam
edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı
gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer
açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.
Oxatan- ünsiyyət üçün əla gündür, istənilən
xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə
aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona
nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Oxatanlar insanları
idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin
fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla
gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu,
uzunmüddətlilər isə yorucu olacaq.
Oğlaq- maraqlarınızı və dünya baxışınızı bölüşən
insanlarla ünsiyyət üçün münasib gündür. Qadınlarla dil tapmaq asandır,
eyni zamanda köhnə tanışınız olan bir xanım sizə gözləmədiyiniz halda
kömək və dəstək verəcək. Dostlarla, eyni zamanda sevgilinizlə görüşlər
gözəl keçəcək.
İntuisiyanız çox güclüdür. Onun sayəsində mürəkkəb, qarışıq
vəziyyətlərdən baş tapacaqsınız. Pul ala bilərsiniz, onun məbləği böyük
də ola bilər. Təmirə başlamaq, yaxud evinizi bəzəyəcək bir əşyaya pul
xərcləmək olar.
Dolça- çoxdan arzuladığınız bir işi həyata keçirə
bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu
istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan
verəcək.
Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız
artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə
mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər
başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar,
gizlinliklər sizi hövsələdən çıxara bilər.
Balıqlar- xasiyyətinizin ən gözəl tərəflərini
nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza
qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir
insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla
münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə
bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi
və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik,
nəticələri isə xoşagəlməz olacaq.
Milli.Az