Xəzər Xəbər

Yaddaşın pozulması, ruh düşkünlüyünə DİQQƏT!

Cəmiyyət | 10:20 • 12 Dekabr 2017
Yaddaşın pozulması, ruh düşkünlüyünə

Alimlərin fikrinə görə, dünyada 50%-dən çox insan B12 vitamininin kəskin çatışmazlığından əziyyət çəkir.

XəzərXəbər saglamolun.az-a istinadən xəbər verir ki, bu vitamin qan və sinir sistemi hüceyrələrinin sağlamlığı, normal maddələr mübadiləsi üçün olduqca vacibdir.

Alimlər "Fiteria" jurnalında dərc olunan məqalədə B12 vitamininin çatışmazlığının ən səciyyəvi simptomlarını sadalayıblar:

- yaddaş problemləri. İnsan adi şeyləri unudur.
- ayaqlarda zəiflik
- başgicəllənməsi
- dadbilmənin pisləşməsi
- orqanizmin tonusunun azalması, ruh düşkünlüyü, depressiyanın inkişafı.

B12 vitamininin ən yaxşı mənbələri arasında:
- mal əti
- yumurta
- süd və süd məhsulları
- balıq və dəniz məhsulları.

Xəbər lenti