Xəzər Xəbər

Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən etdi SİYAHI

Cəmiyyət | 15:52 • 6 Dekabr 2017
Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən etdi

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qəbul etdiyi bəzi terminlər məlum olub.

"Terminologiya məsələləri” jurnalında gedən yazıya görə, Komissiya ingilis dilində 45-dən çox terminin Azərbaycan dilində qarşılığını müəyyən edib.

Terminologiya Komissiyasının müvafiq qərarı ilə "Aerial collision” – "Havada toqquşma”, "Aerial dusting” – "Havadan tozlandırma”, "Aerial work” – "Aviasiya işləri”, "Airline” – "Aviaşirkət”, "Air carrier” – "Aviadaşıyıcı”, "Airworthy” – "Uçuşa yararlı”, "Airworthiness” – "Uçuşa yararlılıq”, "Arrival area” – "Gəliş ərazisi”, "Arrival point” – "Gəliş məntəqəsi”, "Confidence interval” – "Etibarlılıq intervalı”, "Confidence limit” – "Etibarlılıq limiti”, "Crest factor” – "Amplitud əmsalı”, "Critical wing” – "Kritik qanad”, "Crossbar” – "İşıq üfüqü”, "Cross-wind” – "Yan küləyi”, "Customs airport” – "Gömrük aeroportu”, "Customs authorities”– "Gömrük orqanı”, "Disc area” – "Disk sahəsi”, "Disc loading” – "Disk yüklənməsi”, "Discrete code” – "Diskret kod”, "Discrete frequency” – "Diskret tezlik”, "Drift” – "Dreyf”, "Drift angle” – "Dreyf bucağı”, "Fixed wings” – "Hərəkətsiz qanadlar” kimi müəyyənləşdirilib.

Eyni zamanda, "Aileron” – "Eleron”, "Air bleed” – "Havanın sovrulması”, "Air-brake” – "Hava əyləci”, "Airframe” – "Planer”, "Airframe noise” – "Planerin küyü”, "Airport charge” – "Aeroport rüsumu”, "Airport capacity” – "Aeroport tutumu”, "Air taxi” – "Aerotaksi”, "Air traffic” – "Havada hərəkət”, "Barrette” – "Xətti işıq”, "Boundary light” – "Sərhəd nişanı”, "Broadcast” – "Radioyayım”, "Celestial navigation” – "Astronaviqasiya”, "Centre of pressure” – "Təzyiq mərkəzi”, "Commercial aviation” – "Kommersiya aviasiyası”, "Commercial invoice” – "Yük fakturası”, "Consignee” – "Yükalan”, "Control surface” – "İdarəetmə səthi”,"Convestion cloud” – "Konvektiv bulud”, "Cruising speed” – "Kreyser sürəti”, "Customs control” – "Gömrük nəzarəti”, "Customs duties” – "Gömrük rüsumları”, "Customs procedure” – "Gömrük qaydaları”, "Danger area” – "Təhlükəli zona” kimi müəyyən olunub. (apa)

Xəbər lenti

Çox oxunanlar