Bakıya gələn turistlərin
sayı artdıqca, şəhərin "Tarqovı” adlanan mərkəzi küçəsində sıxlıq
müşahidə edilir. Turistlərin gəzintiyə çıxması üçün yeni mərkəzi
küçələrin salınması təklif olunur.
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır.
"Həmin ərazidə olan küçələrin bir neçəsinin gəzinti küçələrinə çevrilmə
ehtimalı var. Bu, şəhərdə artan insan kütləsinin qəbul edilməsi
baxımdan çox vacibdir. Bütün turizm sənayesi iştirakçılarının qarşısında
tapşırıq qoyulub ki, 2016-cı illə müqayisədə 2020-ci ildə 2 dəfə artım
olsun. Keçən il turistlərin sayında 12%-ə qədər artım qeydə alınıb. Bu
il isə artım 20%-ə çatıb. 2020-ci ilə qədər bu rəqəm 4,5 milyon yarım
olacaq. Bakının
əhalisini nəzərə alsaq, bu rəqəm 15 milyona çatacaq. Bu səbəbdən
ikinci, yaxud üçüncü gəzinti küçəsinin yaradılması nəzərdə tutulur.
Hazırda müzakirələr gedir və bununla bağlı ictimailəşdirilmə aparılıb.
Hansı qərarın verilməsi müvafiq dövlət strukturları arasında gedən
müzakirələrdən sonra müəyyənləşdiriləcək”, - deyə K.Quluzadə qeyd edib./azvision.az