Xəzər Xəbər

17 kəndi birləşdirən yol yenidən qurulub

Cəmiyyət | 17:44 • 15 Noyabr 2017
17 kəndi birləşdirən yol yenidən qurulub

Bərdə rayonunda 15 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd–Umudalılar avtomobil yolunun tikintisi yekunlaşıb.

"Azəravtoyol” ASC-dən XəzərXəbər-ə bildiriblər ki, uzunluğu 25 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilib. Tikinti işləri çərçivəsində yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb, zəruri yerlərə xüsusi material tökülərək kipləşdirilib, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Həmçinin yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumilikdə yola iki qat olmaqla 10 santimetr qalınlığında 157,5 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2 yerdə dəmir-beton boru və 30 ədəd dəmir suötürücü boru qoyulub. Zəruri yerlərdə 432 yol nişanı və məlumatverici lövhə, 700 siqnal dirəyi quraşdırılıb. Yolboyu 20 avtodayanacaq yaradılıb. Yaxın günlərdə yol-cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, yolun tikintisi Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. Bərdə rayonu Yeni Daşkənd–Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti