Xəzər Xəbər

İşləməyən alimlərin pensiyaları artırılacaq

Cəmiyyət | 13:01 • 24 Oktyabr 2017
İşləməyən alimlərin pensiyaları artırılacaq

"Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif olunur.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı qanunun 19 maddəsinə (əmək pensiyasının sığorta hissəsinə əlavələr) dəyişiklik edilir.

Belə ki, Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

Xəbər lenti