Xəzər Xəbər

Vəsiqə, diplom itirənlərin NƏZƏRİNƏ! 481 itmiş sənəd tapıldı

Cəmiyyət | 13:46 • 23 Oktyabr 2017
Vəsiqə, diplom itirənlərin NƏZƏRİNƏ!

"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 481 itmiş sənəd qeydə alınıb.

Trend-ə MMC-dən verilən məlumata görə, bu sənədlərdən 157-si sahiblərinə qaytarılıb.

Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 13-ü isə "Azərpoçt"un filiallarında qalır.

MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olur.

Qeyd edək ki, "Poçtap" servisi 2017-ci ilin fevralında Bakı Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC və "BakuBus" MMC ilə birgə işə salınıb. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.

Xəbər lenti

Çox oxunanlar