Bakı şəhər Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bakı şəhər Baş Polis İdarəsindən
XəzərXəbər-ə verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid
orta-ixtisas və ya ali təhsilli, kompüterdə işləmək bacarığı, sürücülük
vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən
aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santımetr və daha yüksək, idman
cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın
qohumları məhkum edilməmiş, yalnız Bakı
şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan "Azərbaycan Respublikası
daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən
olunmuş digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə
bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi,
fiziki hazırıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri
və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil
bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə
üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər
2017-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 8-dək hər gün
(istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin
Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı
şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun
kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- Hərbi bilet (kişilər üçün)
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd ( sertifikat və s.)