Xəzər Xəbər

Proqnozlar Bürosu: Ölkədə sabit hava şəraiti davam edəcək

Cəmiyyət | 10:39 • 19 Oktyabr 2017
Proqnozlar Bürosu:

"Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Bunu XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: "Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

Xəbər lenti