Xəzər Xəbər

Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlı olacaq

Cəmiyyət | 10:04 • 18 Oktyabr 2017
Sürücülərin DİQQƏTİNƏ!

Magistral avtomobil yolunda rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Belə ki, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq. Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar