Xəzər Xəbər

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar ləğv edilib

Cəmiyyət | 12:32 • 13 Oktyabr 2017
Ali təhsil müəssisələrinə qoyulan minimum normalar ləğv edilib

"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar" ləğv olunub.


Bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərarda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına və Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun 2010-cu il tarixli qərarına əsasən 2010/2011-ci tədris ilindən başlayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir və ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipinə uyğun müəyyənləşir.

Hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına sərbəst şəkildə təmin edir.

Eyni zamanda ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli qərarına əsasən "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində yeni vəzifə maaşlarına və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 12 sentyabr 2008-ci il tarixli qərarı ləğv edilmişdir. Belə ki, hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrində çalışan bütün işçilərin əməkhaqqı müəssisənin rəhbəri ilə işçi arasında mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müqavilə əsasında sərbəst müəyyənləşdirilir.

Göstərilənləri və ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin normal təşkilini təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib ki, Təhsil Nazirliyinin 1997-ci il 4 aprel tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 1997-ci il 23 aprel tarixli 44 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar” ləğv edilsin.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar