Xəzər Xəbər

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

Cəmiyyət | 10:40 • 10 Oktyabr 2017
İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

Təhsil Nazirliyinin sifarişinə əsasən, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək.

Xezerxeber.az məlumatverir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu işlər növbəti ildə də davam etdiriləcək, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək. Bununla yanaşı, bu il bir peşə tədris mərkəzi, bir uşaq-gənclər inkişaf mərkəzi, bir tədris-idman bazası, üç universitet üçün kampus və korpuslar tikilib və ya əsaslı təmir olunub.

Xəbər lenti

Çox oxunanlar