Xəzər Xəbər

Aşura günü qan verən 122 nəfərin qanında təhlükəli infeksiya aşkarlandı

Cəmiyyət | 14:52 • 6 Oktyabr 2017
Aşura günü qan verən 122 nəfərin qanında təhlükəli infeksiya aşkarlandı

"Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb”.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, 122 nəfərdən 81-də hepatit, 38-də sifilis, 3 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb.

Xəbər lenti