Xəzər Xəbər

Ən az sərnişin daxil olan stansiyanın adı AÇIQLANDI

Cəmiyyət | 14:52 • 29 Sentyabr 2017
Ən az sərnişin daxil olan stansiyanın adı

"Bakı Metropoliteni” QSC ən çox və ən az sərnişinin daxil olduğu stansiyaların adlarını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, gün ərzində metroda 700 mindən çox sərnişin daşınır:

"Sentyabrın 25-də aparılmış müşahidələrə əsasən məlum olub ki, ən az sərnişinin gediş haqqı ödəyərək daxil olduğu stansiya "Bakmil" olub:

"Həmin gün stansiyaya 948 nəfər daxil olub. Ən ən çox sərnişin isə "28 May"stansiyasında müşahidə olunub. Stansiyaya bir gün ərzində 77 292 nəfər daxil olub”.

O qeyd edib ki, ən az sərnişinin daxil olduğu stansiyalardan biri də "Ulduz”dur:

"Gün ərzində stansiyadan 7555 sərnişin istifadə edib”.

Xəbər lenti

Çox oxunanlar