"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin 50 illiyi qeyd olunacaq. Maraqlıdır, "Bakı Metropoliteni” QSC ir saat ərzində nə qədər sərnişinə xidmət edir?
"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev sualımızı cavablandırarkən bildirib ki, saatlara görə, sərnişinlərin sayında dəyişiklik olduğu üçün konkret cavab vermək mümkünsüzdür.
Açıqlama verən N.Paşayev
bildirib ki, gün ərzində "Bakı Metropoliteni” QSC qış rejimində
çalışarkən gün ərzində 700 mindən artıq sərnişinə xidmət edir: "Saatlar
və istiqamətlərə görə fərqlər olduğu üçün bu suala konkret cavab vermək
mümkünsüzdür”.