Xəzər Xəbər

RƏSMİ: Bakıda hər gün 100 sahibsiz it zərərsizləşdirilir: Küçələrdən itlər yığılır və...

Cəmiyyət | 13:49 • 22 Avqust 2017
RƏSMİ: Bakıda hər gün 100 sahibsiz it zərərsizləşdirilir:

Bir neçə gün öncə 5 yaşlı qız it dişləməsindən dünyasını dəyişdi. Dəfələrlə it dişləmələri, quduzluq halları ilə bağlı məlumatlar yayılsa, sahibsiz itlərlə bağlı məlumat verilsə də, 5 yaşlı qızın ölümü bu məsələni yenidən aktuallaşdırdı.

Maraqlıdır, hazırda Bakıda nə qədər sahibsiz it var?

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov açıqlamasında deyib ki, hazırda paytaxtda kifayət qədər sahibsiz it var. O bildirib ki, gün ərzində təxminən 80-90, bəzən isə 100 sahibsiz it gətirilərək davamlı peyvəndlənir: "Baytar həkimimiz həftədə 2-3 dəfə gələrək bu heyvanları zərərsizləşdirir. Bir ay ərzində təxminən 2 min 500-dən artıq it zərərsizləşdirilib”.

Ə.Əmiraslanovun sözlərinə görə, bütün rayonlardan şikayətlər daxil olur: "Hazırda Yeni Günəşli ərazisindən də itlər yığılır. Kərpic zavod tərəfdə yığılan itlər mütəmadi olaraq zərərsizləşdirilir”.

Maraqlıdır, hazırda Bakıda nə qədər sahibsiz it var. Zamanla itlərin zərərsizləşdirilməsi tədbirləri görülürmü? Ə.Əmiraslanovun sözlərinə görə, rəqəmi təxmini olaraq söyləmək mümkün deyil: "Həddindən artıq çox, kifayət qədər sahibsiz it var. Rəhbərlik nə deyirsə, edirik. Müəyyən işlər görmüşdük. İtlər zərərsizləşdirildikdən sonra Balaxanıda saxlanılır”./Cebhe.info

Xəbər lenti