Xəzər Xəbər

DİQQƏTLİ OLUN! Uşaqlarınızı WhatsApp-da bu mesajlardan qoruyun

Cəmiyyət | 11:31 • 7 Avqust 2017
DİQQƏTLİ OLUN!
XəzərXəbər milli.az-a istinadən bildirir ki, uşaqlar tərəfindən də geniş istifadə edilən WhatsApp kimi mesajlaşma proqramları təhlükəli paylaşımların da mənbəyinə çevrilməkdədir. Yaradılan söhbət qruplarında şiddət və porno məzmunlu görüntülərin yayılması səbəbindən mütəxəssislər sözügedən istismarın uşaqlarda yaratdığı zədəyə diqqət çəkir.

Uşaqların WhatsApp qruplarında qorxunc mesajları!

İnternet azyaşlılar üçün əyləncə ilə yanaşı həm də təhlükədir. Uşaqlar internet vasitəsi ilə ədəbsiz və şiddət ehtiva edən görüntüləri valideynlərinin xəbəri olmadan asanlıqla izləyə bilirlər.

Facebook qruplarında paylaşılan WhatsApp söhbətlərindən çəkilmiş ekran görüntüləri bu təhlükənin nə qədər böyük olduğunu ortaya qoyur. 18 yaşına çatmamış uşaqlar, WhatsApp söhbətlərini yaratdıqları Facebook qruplarında paylaşırlar. Paylaşımların məzmunları isə çox zaman olduqca təhlükəli olur. Sözügedən paylaşmalarda uşaqların bir-birləriylə porno və şiddət ehtiva edən görünüşlər bölüşdükləri və bu tip görüntülərə tələbatın çox olduğu məlum olur.

30 min nəfərlik qrup

30 minə yaxın istifadəçisi olan Facebook qrupunda bu WhatsApp söhbətlərinə daxil olmaq üçün linklər paylaşılır.

Mütəxəssisləri narahat edən ortaq məsələ bu vəziyyətin uşaqlar arasında yaradacağı psixoloji travmadır.

Xəbər lenti

Çox oxunanlar