Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun tarixləri açıqlandı

Cəmiyyət | 10:09 • 29 İyul 2017
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun tarixləri açıqlandı

Avqustun 1-dən Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayacaq.

Təhsil Nazirliyindən bildirilib ki, sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu avqustun 18-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır.

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

Xəbər lenti