Xəzər Xəbər

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Cəmiyyət | 18:11 • 27 İyul 2017
Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsilİdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xezerxeber.az-a verilən xəbərə görə, məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, dahaintellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib. Onlar üçün təlim kurslarıtəşkil olunur. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəlipsixoloqlar tərəfindən aparılır.

2017-2018- ci tədris ilindən məktəbəhazırlıqqruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq 65 faizəçatdırılacaq. Paytaxtın mərkəzi ərazilərində uşaqların məktəbəhazırlığa cəlbolunma səviyyəsinin daha yüksək olduğunu nəzərə alaraq BŞTİ müvafiq
artımın Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrihesabına həyata keçirilməsini nəzərdə tutur. Çünki aparılan araşdırmalarBakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrinümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayınınaz olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla onların I sinfə daha hazırlıqlı getməsi təminolunacaq. Bununla da, müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsinə zəmin yaranacaq.

Ölkə üzrə ilk dəfə olaraqməktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılacaq. Buproses sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatıaparılmaqla həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənədqəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.

Xəbər lenti