Xəzər Xəbər

Yanğın baş verən binadakı abituriyentlər yenidən imtahan verəcək - DİM

Cəmiyyət | 15:28 • 22 İyul 2017
Yanğın baş verən binadakı abituriyentlər yenidən imtahan verəcək -

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanı ilə bağlı məlumat yayıb.

DİM-dən xezerxeber.az-a verilən məlumata görə, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub.

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırılır ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaq.

Xəbər lenti