Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi fəaliyyətə başlayıb

Cəmiyyət | 15:21 • 21 İyul 2017
Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi fəaliyyətə başlayıb

"Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar –ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə bağlı təkliflərini verə bilərlər.

DİM-dən xezerxeber.az-a bildiriblər ki, "Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa "1653” nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng etmək olar.

”Çağrı” mərkəzi iş günləri saat 9.00-dan 18.00-dək (fasilə 13.00–14.00) xidmət göstərir.

Xəbər lenti