Xəzər Xəbər

Dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının vaxtı açıqlanıb

Cəmiyyət | 12:05 • 10 İyul 2017
Dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının vaxtı açıqlanıb

"Dövlət qulluğuna qəbulla bağlı ilk hüquqi imtahan keçirilməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlanılacaq”.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, sınaqlar və təlim prosesləri sentyabrda, dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur.

M. Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbulla bağlı bütün normativ-hüquqi sənədlər hazırdır.

Xəbər lenti