Xəzər Xəbər

Uşaqlara əsla bu şirələrdən verməyin XƏBƏRDARLIQ

Cəmiyyət | 17:48 • 18 İyun 2017
Uşaqlara əsla bu şirələrdən verməyin

Bəzən 1 yaşı tamam olmayan uşaqların yaxşı inkişaf etməsi üçün onlara mağazalardan alınmış müxtəlif tərkibli meyvə şirələri veririk.

1 yaşı tamam olmayan uşaqlara meyvə şirələrinin verilməsi onların sağlamlığı üçün təhlükə yarada bilər. Bildirilir ki, liflərlə zəngin olan meyvələr uşaqlarda diş çürüməsi və digər zərərli hallara yol aça bilir. Tibb işçiləri yalnız evdə hazırlanmış az miqdarda şirələrin uşaqlara verilməsini uyğun görür.

Qeyd edək ki, ABŞ-ın İnsan hüquqları departamenti bununla bağlı tövsiyyələr verib. Bildirilib ki, meyvə şirələrini yaşı 1-dən yuxarı olan uşaqlara verilməsi məqsədəuyğundur.

Həkimlər, yaşları 1-3 arası olan uşaqlara gündə 120 ml, yaşları 4-6 arası olan uşaqlara isə gündə 180 ml miqdarında şirələr verməsini məsləhət görüb./Metbuat.az

Xəbər lenti