Bədən üçün faydalı olan ət, süd kimi
məhsullar düzgün bişirilmədikdə bütün qida dəyərini itirir. Bu qidaları
bişirərkən bir neçə əhəmiyyətli məqama diqqət etmək lazımdır.
Aile.lent.az qidaları düzgün bişirmə üsullarından bir neçəsi ilə sizi də
tanış edir.
Ət bişirərkən...
Normal istilikdə bişirilmiş ətin qida dəyəri itməz. Ancaq yüksək istilik
dərəcəsində bişən ətlərdə vitamin itkisi yaşanır. Soba, qızartma və
yağda yüksək istilikdə bişirilən ətlər həm suyunu, həm də tərkibindəki
vitamin və mineralları itirir.
Bu vitamin və mineral itkisinin baş verməməsi üçün ətin üstünə pomidor
və ya başqa sulu tərəvəz qoyaraq az odda bişirmək lazımdır. Beləliklə,
heç bir vitamin itkisi yaşanmaz.
Tərəvəz bişirərkən...
Tərəvəzlərdə isə vəziyyət tam əksinədir. Tərəvəzlərin tərkibində bol
miqdarda su var. Bu səbəbdən də mümkün olduğu qədər su qatılmadan və
qısa müddətdə bişirilməlidir. Tərəvəzlər qaynadıldıqdan sonra həmin suyu
tökməyin. Bu zaman sudakı B1 vitamini və fol turşu tamamilə yox olacaq.
Kartof mümkün qədər qabıqlı bişirilməlidir. Qabığı ilə birlikdə
bişirilmiş kartof təxminən 1,600 mq kalium ehtiva edir. Kartofun
tərkibindəki potasium banandan az qala 4 qat çoxdur.
Kalium yalnız nəmləndirici deyil, eyni zamanda qan təzyiqini aşağı salan təsiri də var.
Doğranmış tərəvəz və meyvələr bişirildiyi zaman qaynar suya atılmalıdır.
Soyuq suda bişirilməməlidir. Təzə tərəvəzlər pomidor və ya tomatla
bişirilərsə, bişmə müddəti uzanar.
Süd bişirərkən...
Südlü şirniyyatlar bişirərkən şirniyyatı ocaqdan götürməzdən əvvəl şəkər
əlavə etmək lazımdır. Bu halda hazırladığınız südlü şirniyyatın vitamin
dəyəri itməz. Bundan başqa, süd qabardıqdan sonra qarışdırılaraq 5
dəqiqə qaynadılmalı və dərhal soyudulmalıdır. Soyuducuda şüşə qabda 1-2
gün saxlanıla bilər.
Makaronun düzgün bişirilmə üsulları
Makaron və digər taxıl qrupu qidalarını bişirərkən bişirmə suyunun
tökülməsi suda əriyən vitaminlərin, xüsusilə də B qrupu vitaminlərinin
itkisinə səbəb olar. Qida elementi itkisini minimuma endirmək üçün
makaron və bənzəri taxıl qrupu qidaları az suda qaynadaraq və suyun
çəkildikdən sonra bişirilməsi uyğun olar.
Aile.lent.az