Dolların məzənnəsi manata nisbətən bahalaşarsa, məktəbli formalarının qiymətində artım ola bilər.
Bunu
AzVision.az-a
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun
sözlərinə görə, hələlik məktəbli formalarının qiymətlərində dəyişiklik
gözlənilmir.
"Biz parçaları Türkiyədən dollarla alırıq. Həmin parçalar yüksək
keyfiyyətlidir. Hələlik manatın məzənnəsi stabil olduğundan qiymət
dəyişikliyi barədə düşünmürük. Əgər dollar yenidən bahalaşsa, məcbur
qalıb qiymət artımına gedə bilərik”.
Qeyd edək ki, keçən il BTE tikdiyi məktəbli formalarının qiymətini 8, 5
faiz bahalaşdırmışdı. Aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək
məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək, yuxarı
sinif şagirdləri üçün 32 ölçüdən 54 ölçüyədək məktəbli forması dəstinin
qiyməti 43 manatdan 46 manatadək artırılmışdı.