Xəzər Xəbər

Qazlı suların ZƏRƏRLƏRİ - Yaddaş pozğunluğu, insult riski beyin kiçilməsi

Cəmiyyət | 16:16 • 25 Aprel 2017
Qazlı suların ZƏRƏRLƏRİ -

Qazlaşdırılmış sudan tez-tez istifadə edən insanlar yaddaş pozğunluğundan əziyyət çəkirlər, həmçinin daha kiçik beyinə malik olurlar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gündəlik dietik qazlaşdırılmış sudan istifadə edən insanlar insult və əqli problemlərdən belə sulardan istifadə etməyənlərə nisbətən 3 dəfə daha çox əziyyət çəkir.

Alimlər yaşı 45-dən çox olan 4300 nəfəri 7 il ərzində tədqiq edərək onlarda insult və əqli problemlərin göstəricisini müqayisə ediblər. Maraqlıdır ki, dietik qazlaşdırlılmış sudan gündə ən azı 1 dəfə istifadə edən insanların beyni kiçilməyə məruz qalmışdı. Meyvəli sular və qazlı sudan istifadə beynini kiçilməsi ilə yanaşı, yaddaş pozulmalarına da yol açır.

Alimlərin fikrincə, qazlı su qan dövranını ləngidir və bununla da problemlərə yol açır.

Xəbər lenti

Çox oxunanlar