Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, aprelin 23-də paytaxtda axşam buludluluğun
artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb
küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı
gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək. Aprelin 24-də
Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin
əsəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 24-də Bakıda və Abşeron
yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri
küləyi metohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz
keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9°
isti, gündüz 12-17° isti olacağı gözlənilir.