Xəzər Xəbər

MİQ imtahanına düşən sualların tərtibatı dəyişməlidir - "Ciddi problemlər və narazılıqlar var" VİDEO

Veb TV | 19:50 • 28 May 2024
MİQ imtahanına düşən sualların tərtibatı dəyişməlidir - "Ciddi problemlər və narazılıqlar var"

Müəllimlərin işə qəbulu üzrə imtahanı üçün tərtib edilən suallar namizədlərin  ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlarına uyğun deyil. Hesab edirəm ki, sualların tərtibatı dəyişməlidir.

Xezerxeber.az-ın məlumatına görə, belə bir iddia ilə təhsil eksperti Elşən Qafarov çıxış edib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı son illərdə ciddi problemlər və narazılıqlar var. 

Ekspert bildirir ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir kitabda olan suallar əsasında hazırlaşırlar. Elşən Qafarov hesab edir ki, imtahanlar şəffaf keçirilsə də, sualların tərtibatı dəyişməlidir. 

Məsələ ilə bağlı Təhsil İnstitutundan "Xəzər Xəbər"ə bildirildi ki, MİQ-in sualları əvvəlcədən ictimaiyyətə açıqlanmış qiymətləndirmə çərçivəsində hazırlanır. Uyğunluğu və etibarlılığı yoxlanılmış qiymətləndirmə sualları bazasından seçilərək imtahan təşkil edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024