Xəzər Xəbər

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Veb TV | 10:05 • 27 May 2024
Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirliyin məlumat xidmətindən Xezerxeber.az-a bildirilib ki, bu çərçivədə Sumqayıt şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024