Xəzər Xəbər

Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun! VİDEO

Veb TV | 19:50 • 25 May 2024
Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!

Əmlakını kirayə verən şəxslərin onların xəbəri olmadan evləri və yaxud da obyektləri başqasına satılır.

Belə faktlara xüsusən də son günlər daha çox  rast gəlinir. Bəs ev sahibinin xəbəri olmadan mənzil necə başqasına satıla bilər?

Xezerxeber.az-ın məlumatına görə,əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bunları törədən bir qrup cinayətkar dəstədir. Onlar xüsusən Bakı şəhərində mənzilləri və qeyri-yaşayış obyektlərini uzunmüddətli kirayəyə götürür, bu zaman əmlak sahibi haqqında araşdırma aparır, barəsində məlumatlar toplayırlar.

Ekspert qeyd edib ki, cinayətkar dəstə öz qurbanlarını seçərkən daha çox subay, ailəsi olmayan şəxslərə üstünlük verirlər ki, bunun da səbəbi var.

Ekspert onu da əlavə etdi ki, əmlak alarkən mütləq şəkildə kiçik də olsa araşdırma aparılmalıdır. Bundan başqa, əmlakını kirayə verən şəxslər də ayda bir-iki dəfə mənzili və yaxud da obyektinə gəlib baxış keçirsə, belə hallar da olmaz. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, belə şikayət  daxil olduqda ərazi üzrə rayon polis idarə və ya şöbələri tərəfindən araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024