Xəzər Xəbər

Şəkidə qayda pozmayan sürücüyə cərimə yazılıb - İDDİA və RƏSMİ CAVAB VİDEO

Veb TV | 20:55 • 23 May 2024
Şəkidə qayda pozmayan sürücüyə cərimə yazılıb - İDDİA və RƏSMİ CAVAB

Şəki şəhər sakini 39 yaşlı Vüqar Bəşirovun avtomobilinin radara düşməsilə bağlı ona cərimə yazılıb. Sürücü isə bu protokolla razılaşmır.

Xezerxeber.az-ın məlumatına görə, o iddia edir ki, 70-lik yolda 64-lə radara  düşməsi barədə cərimə yazılıb.

O, idarə etdiyi maşınla Şəkinin İnçə kəndinə gedib. Kəndə çatar-çatmaz ona cərimə gəlib. Sürücü isə həmin ərazidə müəyyənləşdirilən sürət həddini aşmadığını bildirir.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elvin Hacıyev münasibət bildirib. O deyib ki, texniki xəta səbəbindən cərimə yazılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024