Xəzər Xəbər

COP29 qonaqlarının hotellərdə yerləşdirilməsi üçün onlayn platforma istifadəyə verilib VİDEO

Veb TV | 21:12 • 23 May 2024
COP29 qonaqlarının hotellərdə yerləşdirilməsi üçün onlayn platforma istifadəyə verilib

COP29 qonaqlarının rezervasiyası üçün onlayn platforma hazırdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova deyib.

Onun sözlərinə görə, sözügedən platforma ilə COP29.az saytı vasitəsilə tanış olmaq mümkündür.

Qonaqlar platforma vasitəsilə otel rezervasiyası edə bilərlər. Saytda həm də tədbirlərin keçiriləcəyi məkanlar haqda məlumat almaq mümkün olacaq.

Azadə Hüseynova onu da əlavə edib ki, Azərbaycanın regionlarında yerləşən hotellərdə də ulduz təsnifatı ilə bağlı işlərin görülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, 200-ə yaxın hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə isə nöqsanların aradan qaldırılması üçün müddət verilib.

Qeyd edilib ki, növbəti mərhələlərdə alternativ hotellər və yerləşmə yerləri təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar