Xəzər Xəbər

Goranboyda yeniyetmənin əlilliyə görə aldığı müavinət kəsilib VİDEO

Veb TV | 20:06 • 21 May 2024
Goranboyda yeniyetmənin əlilliyə görə aldığı müavinət kəsilib

Goranboyda 15 yaşlı yeniyetmənin əlilliyə görə aldığı müavinət 4 aydır ki, kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Düzqışlaq kəndində yaşayan 15 yaşlı Nuray Məmmədovanın anası Göyçək Verdiyeva iddia edir ki, qızı 2011-ci ildən 2024-cü ilin yanvar ayına qədər əlilliyə görə müavinət alıb.

Göyçək Verdiyeva bildirir ki, övladı 2 yaşında mədə-bağırsağından əməliyyat edilib. Hazırda qida borusunda kimyəvi yanıq, bundan başqa 6 düyünlü zob, kista, eroziyalar var. Uşaq 6 ay sonra yenidən əməliyyat edilməldir. Lakin yanvar ayından ona təyin edilən 300 manat müavinət dayandırılıb.

Məsələ ilə  bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov "Xəzər Xəbər"ə bildirdi ki, Nurayın əlillik müddəti bu il yanvarın 1-də başa çatıb. Vətəndaşın əlillik müddətinin uzadılması üçün tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilmiş yeni göndərişlərdə ekspertiza üçün əhəmiyyətli göstəricilər qeyd edilmədiyinə görə onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bununla belə, Nuray Məmmədova 3 dəfə Agentlikdə əyani müayinə də olunub. Onun hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024