Xəzər Xəbər

Yumurta kəskin ucuzlaşıb VİDEO

Veb TV | 20:45 • 20 Aprel 2024
Yumurta kəskin ucuzlaşıb

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir. 

Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyirlər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır. Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024