Xəzər Xəbər

Kondisioner bazarında canlanma yaranıb - Qiymətlər artıb VİDEO

Veb TV | 21:00 • 20 Aprel 2024
Kondisioner bazarında canlanma yaranıb - Qiymətlər artıb

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2900 manata qədər dəyişir.

Mütəxəssislər deyirlər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür.

Mağazalarda hər ölçüdə, hər qiymətə kondisioner var. Satışda daha çox Türkiyə, Rusiya, Almaniya, İtaliya və Koreya istehsalı olanlar mövcuddur. Hətta yay gəlməmiş qiymət artımı da müşahidə edilir.

Satış meneceri Toğrul Bəndalıyev bildirib ki, müasir kondisionerlər havadakı nəmi və tərləməni azaldır, süzgəci sayəsində otaqdakı havanı da tez-tez təmizləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar