Xəzər Xəbər

İcbari Tibbi Sığorta böyrək əməliyyatını necə qarşılayır? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:25 • 19 Aprel 2024
İcbari Tibbi  Sığorta böyrək əməliyyatını necə qarşılayır? -  ARAŞDIRMA

Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır.

Xezerxeber.az-ın xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Lətifova  bildirib ki,  bu əməliyyat açıq və qapalı üsulla həyata keçirilir.

Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.

Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında icra olunur. 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3 359 əməliyyat icra olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar