Xəzər Xəbər

Buraxılış imtahanlarına asan suallar salınır? – ARAŞDIRMA VİDEO

Veb TV | 20:20 • 17 Aprel 2024
Buraxılış imtahanlarına asan suallar salınır? – ARAŞDIRMA

Martın 3-də və 10-da keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum nəticə göstərib.

Abituriyentlərin belə uğurlu nəticəyə imza atması imtahanlarla bağlı bəzi suallar doğurub.

Nə baş verdi ki, əvvəllər maksimum nəticə göstərənlər barmaqla sayılacaq qədər olduğu halda, onların sayı bu il dəfələrlə artdı.

Təhsil eksperti Elçin Murad imtahanlardakı yüksək nəticələri ötən illərə nisbətən sualların asan olması ilə əlaqələndirib.

Onun sözlərinə görə, burada abituriyentlərin bilik səviyyəsinin yüksək olması da mühüm rol oynayıb. Bununla belə Dövlət İmtahan Mərkəzi bu dəfə məsələyə fərqli yanaşıb.

Ekspert bildirib ki, bu il abituriyentlər arasında ixtisas seçimində rəqabət güclənəcək.

Sualların sadə olması ilə bağlı səsləndirilən fikirlərə dövlət imtahan mərkəzindən də münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar