Xəzər Xəbər

Kürün səviyyəsinin qalxması sel və ya daşqın təhlükəsi yarada bilərmi? – RƏSMİ CAVAB VİDEO

Veb TV | 20:55 • 15 Aprel 2024
Kürün səviyyəsinin qalxması sel və ya daşqın təhlükəsi yarada bilərmi? – RƏSMİ CAVAB

Ötən il quruma təhlükəsi ilə üzləşən Kür çayında bu il fərqli mənzərə yaşanır.

Xezerxeber.az xəbər verir ki, çayın Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1.5 metr qalxıb.

Melorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi  Sarvan Ağayev bildirib ki, havaların yağıntılı keçməsi çaylarda sululuğun artmasına səbəb olub.

Onun sözlərinə görə, intensiv yağışlar kür çayının xüsusilə aşağı axınına ciddi təsir göstərib. Nəticədə əkin sahələrinə suyun vaxtında çatdırılması üçün yaxşı imkanlar yaranıb.

Ölkənin əsas su anbarlarında 17 milyard kubmetr su ehtiyatı toplanıb.

Kür çayında suyun səviyyəsinin artması fermerlərin də üzünü güldürüb.

Onlar deyir ki, ötən ildən fərqli olaraq bu mövsüm əkin sahələrində su təminatı ilə bağlı problemlərin olacağı gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti