Xəzər Xəbər

3 nəqliyyat vasitəsinin bir evakuatorda daşınmasə hansə məsuliyyəti yaradır? – EKSPERT RƏYİ VİDEO

Veb TV | 21:00 • 14 Aprel 2024
3 nəqliyyat vasitəsinin bir evakuatorda daşınmasə hansə məsuliyyəti yaradır? – EKSPERT RƏYİ

Evakuator üzərində evakuator... Bu azmış kimi, onun da üzərində əlavə evakuator və avtomobil…

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülərin çəkildiyi tarix bəlli olmasa da, şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud pozub.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirib ki, həmin şəxslərin şou xarakterli belə əməlləri yerində cəzalandırılmalıdır.

Qeyd edək ki, qanunla əgər avtomobil yedəyə möhkəm bərkidilibsə və  yandan 40 sm, hündürlüyü 4 metr və arxa tərəfdən 1 metri keçmirsə daşınma qaydalara uyğun hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar