Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlanıb.
Xezerxeber.az xəbər verir ki, Qaladərəsi adlanan ərazidə aşkarlanan Məzarlıqda qazıntı işləri davam etdirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, hər iki şəxsin sümükləri qablaşdırılaraq Bakıya - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək.
Növbəti mərhələlərdə isə onların hansısa işgəncələrə məruz qalıb-qalmamaları müəyyənləşdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.