Xəzər Xəbər

Avtomobillərdən kütləvi oğurluqlar edən şəxslər saxlanılıb FOTO

Hadisə | 14:38 • 31 Oktyabr 2024
Avtomobillərdən kütləvi oğurluqlar edən şəxslər saxlanılıb

Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb.

Xezerxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar.


Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025

Xəbər lenti