Xəzər Xəbər

İki ildir ki, itkin kimi axtarışda olan qadının öldürüldüyü məlum olub VİDEO

Veb TV | 19:50 • 4 Mart 2024
İki ildir ki, itkin kimi axtarışda olan qadının öldürüldüyü məlum olub

Masazırda iki il əvvəl itkin kimi axtarışda olan qadının öldürüldüyü məlum olub. 

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon sakini 59 yaşlı Bahar Məmmədovanın qısqanclıq zəminində öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Bahar Məmmədovanın meyitinin basdırıldığı yer onu öldürməkdə şübhəli bilinən Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunub.

Qonşular bildirirlər ki, qadın əvvəllər evdə tək yaşayıb, sonradan isə tanışı ilə birgə qalırmış. 

Könül Baxşəliyev Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024