Xəzər Xəbər

İnsanların marağına səbəb olan "çiçək taksi"nin sürücüsü DANIŞDI VİDEO

Veb TV | 21:44 • 1 Mart 2024
İnsanların marağına səbəb olan "çiçək taksi"nin sürücüsü DANIŞDI

Hər şey bir müştərinin ona gül dibçəyi verməsi ilə başladı.

Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür. Müştərilər isə düşməyə tələsmirlər.

Xezerxeber.az-ın xəbərinə görə, Emil Zamanov 2 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sərnişinlərin gülə marağını görüb, maşında güllərin sayını artırıb. Sonra kompozisiya tamamlansın deyə quşları da əlavə edib. O, deyir ki, maşınında hər fəsil dekor dəyişir.

Taksidə xatirə dəftəri də var, müştərilər öz rəylərini bildirirlər.

Sürücü deyir ki, bütün bu xidmətlərə görə gedişhaqqından əlavə heç bir ödəniş tələb olunmur. Məqsədi sadəcə taksilərin çoxundan narazı edildiyi bir dövrdə müştərilərin məmnunluğunu təmin etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar