Xəzər Xəbər

Narkoloji Mərkəzdə rüşvət almanın GÖRÜNTÜLƏRİ VİDEO

Veb TV | 21:20 • 1 Mart 2024
Narkoloji Mərkəzdə rüşvət almanın GÖRÜNTÜLƏRİ

Otağa gələn şəxslər öncə pulu verir daha sonra hansısa iş barəsində danışıq aparır.

Sövdələşmə əsasında  pulları alan həkim rahat şəkildə rəfə qoyur. Daha sonra isə baş həkim və müavini yığılan pulları sayaraq aralarında bölürlər.

Xezerxeber.az xəbər verir ki, görüntülər Respublika Narkoloji Mərkəzində lentə alınıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Respublika Narkoloji Mərkəzi" baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq zamanı Elşən Mustafayevin ötən ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olduğu aşkar edilib. Baş direktor müavini həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb

Adı çəkilən müəssisədə olub baş verənlərlə bağlı fikir öyrənməyə çalışsaq da müəssisədə ancaq növbətçi həkimlərin olduğu bildirirldi.

Qeyd edək ki, hazırda məsələ ilə bağlı araşdrımalar davam etdirlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024