Xəzər Xəbər

Ağstafada ana uşağına daşla xəsarət yetirib VİDEO

Veb TV | 20:23 • 21 Fevral 2024
Ağstafada ana uşağına daşla xəsarət yetirib

Ağstafa rayonunda ananın 10 yaşlı uşağının başına daşla vurduğu bildirilir. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Xezerxeber.az-ın məlumatına görə, 10 yaşlı uşağın hadisədən sonra evdən qaçaraq Səməd Vurğun adına parka gəldiyi, oradan isə ətrafdakı insanların köməyi ilə rayon xəsəxanasına aparıldığı bildirilir.

Uşağın babası Tofiq Məmmədov kürəkəninin 2015-ci ildə "Günəşli" neft yatağında baş verən partlayış zamanı itkin düşdüyünü, hadisədən sonra qızı və nəvəsinin Bakıdan Ağstafaya köçdüyünü bildirib. Onlar artıq bir neçə ildir ki, rayonda kirayədə yaşayırlar.

Qeyd olunur ki, övladına hirslənən ana İlhamə Məmmədova uşağına daş atıb. Daş onun baş nahiyəsinə dəyərək zədələyib. Hadisədən sonra 10 yaşlı uşağın anası və babası Ağstafa polisinə çağırılıb.

Hadisənin baş verdiyi ünvanda da olduq. Qonşular hadisənin təsadüfən və ya qəsdən baş verməsi barədə məlumatlı olmadıqlarını bildirdilər.  

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb. Qeyd olunub ki, azyaşlı başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib: “Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda həkim nəzarətindədir". 

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024