Xəzər Xəbər

Oğurluq edənlər və saxta pulları dövriyyəyə buraxanlar kameralara düşdü VİDEO

Veb TV | 22:00 • 11 Dekabr 2023
Oğurluq edənlər və saxta pulları dövriyyəyə buraxanlar kameralara düşdü

Taksi sürücülərinə saxta pul verib onları aldatmaqda şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, 5 sürücü bu barədə ərazi üzrə Nərimanov rayon polis idarəsinə məlumat veriblər.

Sürücülər avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində "etibarsız" yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində pulun qalığını aldığını bildiriblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı şəxs, əvvəllər məhkum olunmuş Hafiz Mahmudov yaxalanıb.

Şəxsi axtarış zamanı vətəndaşdan üzərində "etibarsız" yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Geyim mağazalarından birində olan seyfdən 2072 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahniyar Hüseynov da ifşa edilib. Onun törətdiyi oğurluq da geyim mağazasındakı kameralar vasitəsilə qeydə alınıb.

Hafiz Mahmudov və Şahniyar Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində bənzər cinayətlər törətdikləri istisna edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar