Xəzər Xəbər

Yol qəzalarında 5 nəfər həlak olub, 7 yaralı var FOTO/VİDEO

Veb TV | 19:34 • 10 Dekabr 2023
Yol qəzalarında 5 nəfər həlak olub, 7 yaralı var

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hərəkətdə olan avtobus  beton arakəsməyə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirib ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində qapalı kəllə-beyin travması alan 60 yaşlı Allahverdiyeva Ayna Təru qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar 62 qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 31 yaşlı kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Onların vəziyyətləri ağırdır.

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə nəticəsində digər ölən şəxsin isə kimliyi bəlli deyil.

Abşeronda isə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomibilin başqa bir maşının qarşısına çıxması qəza ilə nəticələnib. Qəza nəticəsində avtomobillərdən birinin sürücüsü 56 yaşlı Hidayət Mehdizadə hadisə yerində ölüb. Hadisə yerinə polis, təcili tibbi yardım və FHN-in əməkdaşları cəlb olub.

Masallıda baş verən qəzada da iki piyada dünyasını dəyişib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024